Xavi Qətərlə danışıqlar aparır

Xəbərlər
20 Oktyabr 2024 13:18
326
Xavi Qətərlə danışıqlar aparır

Xavi Qətər yığmasına rəhbərlik edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yer alıb.

İspaniyalı mütəxəssisin Qətər Futbol Federeasiyası ilə danışıqlar apardığı bildirilib. Ərəbistan yarımadası ölkəsi Xaviyə yad məkan deyil. O, 2019-2021-ci illərədə Qətərin "Əl-Sədd" klubuna başçılıq edib.

Qeyd edək ki, 44 yaşlı məşqçi 2023/2024 mövsümünün sonunda "Barselona"nı tərk edib. Kataloniyalılar onun rəhbərliyi ilə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.

İdman.biz