"Arsenal"ın 60 milyonluq transfer planı

Xəbərlər
20 Oktyabr 2024 14:46
218
"Arsenal"ın 60 milyonluq transfer planı

"Arsenal" serbiyalı forvard Duşan Vlahoviçi transfer etmək istəyir.

İdman.biz xəbər verir ki, London klubu bu keçid üçün 60 milyon avro ödəməyə hazırdır.

"Yuventus"da çıxış edən Duşan komanda ilə müqaviləni yeniləməyib. Onun Turin klubu ilə razılaşması 2026-cı ilin yayında bitəcək. "Arsenal" bu imkan istifadə etməyə çalışır və İtaliya mətbuatı turinlilərin Vlahoviçlə yollarını ayrımağa hazır olduğunu yazıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu bu mövsümdə 10 oyunda 7 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz