Bundesliqada qələbə qolunu vuran hücumçu qəzaya düşüb - FOTO

Xəbərlər
20 Oktyabr 2024 16:34
427
Bundesliqada qələbə qolunu vuran hücumçu qəzaya düşüb - FOTO

"Bayer"in hücumçusu Viktor Bonifase ağır yol qəzası keçirib.

İdman.biz xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Nigeriyalı futbolçunun avtomobili sıradan çıxıb və o əlindən ağır zədə alıb. Forvard baş verən hadisə ilə bağlı sosial şəbəkədə paylaşım etsə də, sonradan onu silib.

Qeyd edək ki, Bonifase dünən Almaniya Bundesliqasının 7-ci turunda "Ayntraxt"la oyunda qələbə topunun müləlifi olub (2:1).

İdman.biz