Mançini Ərəbistanı tərk edir - 30 milyonluq kompensasiya

Xəbərlər
20 Oktyabr 2024 19:11
65
Mançini Ərəbistanı tərk edir - 30 milyonluq kompensasiya

Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsini tərk etməyə yaxındır.

İdman.biz xəbər verir ki, ərəblər italiyalı mütəxəssisin işindən narazıdır və müqavilənin xitamı istiqamətində danışıqlar gedir.

İtaliya mətbuatı Mançininin 25-30 milyon avro kompensasiya alacağını yazıb. Onun Səudiyyə Ərəbistanı federasiyası ilə 2026-cı ilə kimi müqaviləsi var.

Qeyd edək ki, ərəblər DÇ-nin seçmə mərhələsində 4 oyundan sonra 5 xal toplayıblar. Son iki görüşdə öz meydanında Yaponiya (0:2) və Bəhreyni (0:0) məğlub edə bilməyən komanda qrupda 3-cü pillədə qərarlaşıb.

İdman.biz