"Fənərbaxça" xal itirib, "Beşiktaş" qalib gəlib

Xəbərlər
20 Oktyabr 2024 22:26
102
"Fənərbaxça" xal itirib, "Beşiktaş" qalib gəlib

"Fənərbaxça" Türkiyə Superliqasının 9-cu turunda xal itirib.

İdman.biz xəbər verir ki, Joze Morunyonun komandası səfərdə "Samsunspor"un qonağı olub.

İstanbul təmsilçisi hesabda iki dəfə önə keçsə də, qələbəni qoruya bilməyib. Meydan sahibləri son dəqiqələrdə bərabərlik qolunu vurublar. Hesabında 17 xal olan "Fənərbaxça" 4-cü pillədə qərarlaşıb.

"Beşiktaş" turu 3 xalla başa vurub. "Qara qartallar" doğma azarkeşlər qarşısında "Konyaspor"u məğlub ediblər. Xalını 20-yə yüksəldən komanda 2-ci yerdə yer alıb. Lider "Qalatasaray"ın 25 xalı var.

Türkiyə Superliqası
IX tur
20 oktyabr

"Sivasspor" - "Hatayspor" - 3:2
​"Beşiktaş" - "Konyaspor" - 2:0
"Alanyaspor" - "Kasımpaşa" - 1:2
"Samsunspor" - "Fənərbaxça" - 2:2

İdman.biz