"Beşiktaş" qapıçısız qalıb

Xəbərlər
21 Oktyabr 2024 20:25
242
"Beşiktaş" qapıçısız qalıb

"Beşiktaş" əsas qapıçısı Mert Günokun zədəsi ilə bağlı açıqlama yayıb.

İdman.biz xəbər verir ki, məlumatda təcrübəli qolkiperin qarşıdakı iki oyunda meydana çıxmayacağı bildirilib.

Çiynindən zədələnən Mert Avropa Liqasında "Lyon" və Türkiyə Superliqasında "Qalatasaray"la matçlarda forma geyinməyəcək. Komandanın digər qapıçısı Ersin Destanoğlu da zədədən əziyyət çəkir. Nəticədə qarşıdakı oyunlarda "Beşiktaş"ın qapısını 19 yaşlı Göktuğ Baytekin qoruyacaq.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Superliqasında 9 turdan sonra 20 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Qalatasaray"dan 5 xal geri qalan komandanın ehtiyatda 1 oyunu var.

İdman.biz