"Barselona" - "Atletiko" matçı ABŞ-da keçirilə bilər

Xəbərlər
22 Oktyabr 2024 00:34
50
"Barselona" - "Atletiko" matçı ABŞ-da keçirilə bilər

İspaniyal La Liqasının oyunu ilk dəfə ABŞ-da keçirilə bilər.

İdman.biz xəbər verir ki, "Barselona" - "Atletiko" matçının okeanın o tayında təşkili planlaşdırılır.

Bunun üçün UEFA və FİFA-nın təsdiqi gözlənilir. Əgər bu baş verərsə, dekabrın 22-nə təyin olunmuş qarşılaşma Mayamidə keçiriləcək.

Qeyd edək ki, oyunun təşkil olunacağı "Hard Rok" arenası 65 min tamaşaçı tutur.

İdman.biz