9 oyunda 111 qol

Xəbərlər
23 Oktyabr 2024 00:21
36
9 oyunda 111 qol

Futbol çempionatları tarixində ən uğursuz starta Monqolustanda rast gəlinib.

İdman.biz xəbər verir ki, "Tuv Azarqanuud" keçirdiyi 9 oyunda qapısından 111 top buraxıb.

Bütün oyunlarda uduzan komanda cəmi 2 dəfə fərqlənib. Hər iki qolun müəllifi "Tuv Azarqanuud"un heyətində olan meksikalı legioner vurub.

Qeyd edək ki, komanda son turda 1:20 hesabı ilə uduzub. "Tuv Azarqanuud"un hesabında 0:21, 0:14, 0:13 kimi uğursuz nəticələr var.

İdman.biz