Niderlandlı müdafiəçi üçün mövsüm bitib

Xəbərlər
23 Oktyabr 2024 19:47
32
Niderlandlı müdafiəçi üçün mövsüm bitib

"Fənərbaxça"nın müdafiəçisi Jeyden Ostervolde üçün mövsüm bitib.

İdman.biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Joze Mourinyo açıqlayıb.

Çarpaz bağları qopan Ostervolde ölkəsində əməliyyat olunacaq. Portuqaliyalı mütəxəssis ağır zədə alan niderlandlı futbolçunun ən yaxşı halda may ayında yaşıl sahələrə dönə biləcəyini deyib.

Qeyd edək ki, Jeyden Türkiyə Superliqasının son turunun "Samsunspor"la (2:2) görüşündə ağır zədə alıb.

İdman.biz