Volkan Dəmirəl məşqçi fəaliyyətini bərpa edib.
İdman.biz xəbər verir ki, o, bundan sonra “Bodrumspor”u çalışdıracaq.
Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Bodrum təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 42 yaşlı mütəxəssislə dünən istefaya göndərilən İsmət Taşdəmiri əvəzləyib.
Qeyd edək ki, “Bodrumspor” Türkiyə Superliqasında 10 oyundan sonra 10 xalla 13-cü pillədə qərarlaşıb.
İdman.biz