"Bavariya"nın futbolçusu Tomas Müllerin ABŞ-a yollanmaq ehtimalı var.
İdman.biz xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Lionel Messinin komanda yoldaşı ola bilər.
"İnter Mayami" orta xəttə oyunçu axtarışındadır. Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Müller okeanın o tayına yollanmağın əleyhində deyil.
Qeyd edək ki, 35 yaşlı 2024/2025 mövsümündə 12 oyunda 3 qol və 3 ötürmə ilə yadda qalıb.
İdman.biz