"Beşiktaş" - "Makkabi" matçı neytral ölkədə - UEFA-dan qərar

Xəbərlər
4 Noyabr 2024 19:51
161
"Beşiktaş" - "Makkabi" matçı neytral ölkədə - UEFA-dan qərar

UEFA Avropa Liqasının "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) oyunu ilə bağlı qərar verib.

İdman.biz xəbər verir ki, qurum matçın neytral meydançada keçiriləcəyini açıqlayıb.

Yaxın Şərqdə baş verənləri nəzərə alan UEFA təhlükəsizlik məsələlərini əsas gətirərək belə bir addım atıb. Noyabrın 28-də baş tuatacaq oyunun hansı ölkədə keçiriləcəyi ilə bağlı qərar gələcəkdə veriləcək.

Qeyd edək ki, basketbol üzrə Avroliqada Türkiyə klublarının "Makkabi" ilə oyunları neytral meydançada təşkil olunub.

İdman.biz