Rodri və Vinisius arasındakı FƏRQ

Xəbərlər
8 Noyabr 2024 22:49
142
Rodri və Vinisius arasındakı FƏRQ

"Qızıl top-2024" mükafatının nəticələri ilə bağlı məlumat yayılıb.

İdman.biz xəbər verir ki, Fransanın "L’Équipe" nəşri qalib Rodrinin ən yaxın izləyicisini 41 xal qabaqladığını açıqlayıb.

Məlumatda ispaniyalı yarımmüdafiəçinin 1170, 2-ci yeri tutan Vinisius Juniorun isə 1129 xal topladığı bildirilib.

Qeyd edək ki, braziliyalı hücumçu nəticələrə etiraz əlaməti olaraq mükafatlandırma mərasiminə qatılmayıb.

İdman.biz