"Mançester Siti" İngiltərə Premyer Liqasında ardıcıl ikinci dəfə meydanı məğlub tərk edib.
İdman.biz xəbər verir ki, son çempion 11-ci turda "Brayton"un qonağı olub.
Erlinq Holand "şəhərlilər"u hesabda önə keçirsə də, son 15 dəqiqədə meydan sahibləri geri dönüş ediblər. Bununla da, "Mançester Siti" bütün turnirlərdə ardıcıl 4-cü dəfə uduzub. Komanda 1 dəfə Çempionlar Liqası və 1 dəfə Liqa kubokunda məğlub olub. Onlar sonuncu dəfə bu aqibəti 2006-ci ildə yaşayıblar.
İngiltərə Premyer Liqası
11-ci tur
9 noyabr
"Brentford" – "Bornmut" - 3:2
"Kristal Pelas" – "Fulhem" - 0:2
"Vest Hem" – "Everton" - 0:0
"Vulverhempton" – "Sautgempton" - 2:0
"Brayton" – "Mançester Siti" - 2:1
İdman.biz