22 yaşında futbola vida - qeyri-adi SƏBƏB

Xəbərlər
10 Noyabr 2024 16:14
173
22 yaşında futbola vida - qeyri-adi SƏBƏB

İsveçrəli futbolçu Silvan Vallner 22 yaşında karyerasını bitirib.

İdman.biz xəbər verir ki, Avstriyanın "Blau Veis Lints" klubunda çıxış edən müdafiəçi qeyr-adi səbəb üzündən belə qərar verib.

Silvan dini görüşlərinə görə, futbolla vidalaşıb. Vallner 7-ci Gün Adventist Kilsəsinin üzvüdür. Kilsənin qaydalarına görə şənbə günü Tanrı ilə ünsiyyət üçün ən münasib vaxt hesab olunur. Futbol çempionatlarında oyunların əksəriyyəti həftə sonunda keçirildiyindan o, sevimli idman növü ilə vidalaşıb.

Qeyd edək ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən Vallner İsveçrənin gənclər yığmasının üzvü olub. Mövsümə "Sürix"in heyətində start verən Silvan sentyabrın əvvəlində Avstriya klubu ilə müqavilə bağlayıb.

İdman.biz