Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.
İdman.biz xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" turu qələbə ilə başa vurub.
Hər iki komanda öz meydanında 3 xal qazanıb. Son çempion "Samsunspor"a 3:2 hesabı ilə qalib gəlib. Joze Mourinyonun komandası isə "Sivasspor"un qapısından 4 cavabsız top keçirib.
"Beşiktaş" ardıcıl 3-cü matçda xal itirib. Son iki oyunda uduzun komanda bu dəfə "Başakşəhər"lə xalları yarıya bölüb.
Türkiyə Super Liqası
12-ci tur
10 noyabr
"Göztəpə" – "Konyaspor" - 2:0
"Başakşəhər" – "Beşiktaş" - 0:0
"Qalatasaray" – "Samsunspor" - 3:2
"Fənərbaxça" – "Sivasspor" - 4:0
İdman.biz