UEFA "Beşiktaş"ın Avropa Liqasının 5-ci turunda ev oyununun keçirəcəyi məkanı açıqlayıb.
İdman.biz xəbər verir ki, "Makkabi" (Təl-Əviv) ilə qarşılaşma Macarıstanda baş tutacaq.
Təhlükəsizlik səbəbləri üzündən UEFA matçın neytral ölkədə keçirilməsinə qərar verib. Oyun Debretsen şəhərindəki "Neqreydei" stadionunda təşkil olunacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" qarşılaşması noyabrın 28-də 21:45-də start götürəcək.
İdman.biz