Fransa millisinin sabiq futbolçusuna 2 il həbs cəzası verilib

Xəbərlər
12 Noyabr 2024 18:38
70
Fransa millisinin sabiq futbolçusuna 2 il həbs cəzası verilib

Fransa millisinin sabiq futbolçusu Vissam Ben Yedder təcavüz cinayətində təqsirli bilinib.

İdman.biz xəbər verir ki, məhkəmə futbolçunu 2 il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edib .

O, hadisə qurbanına 6,5 min avro kompensasiya ödəyəcək. Ben Yedder həmçinin 5 min avro cərimə və 1,5 min avro məhkəmə xərclərini ödəməli olacaq. Pokuror oktyabrda 16-da iki il altı ay həbs cəzası istəyib, bunun 18 ayı şərti olacaq. 34 yaşlı futbolçu alkoqol asılılığından müalicə alır.

Qeyd edək ki, Ben Yedder son olaraq 2019-2024-cü illərdə "Monako"da çıxış edib. O, Fransa millisinin heyətində 19 oyunda 3 qolla yadda qalıb.

İdman.biz