Kanadalı forvard Conatan Devid "Lill"in yeni müqavilə təklifinə cavab verməyib.
İdman.biz xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuya 3,5 milyon avro maaş təklif olunub.
Gələn ilin iyununda sərbəst qalacaq Devid ən azı 6 milyon avroya qazanmaq arzusundadır. İtaliya klublarında "Yuventus" və "İnter" Conatanla yaxından maraqlanır. 24 yaşlı oyunçu İngiltərə klublarının da diqqət mərkəzindədir.
Qeyd edək ki, onunla müqavilə bağlayacaq komanda futbolçunun menecerinə 10 milyon avro komissiya haqqı ödəməlidir.
İdman.biz