"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ule Qunnar Sulşer Kriştiano Ronaldonun komandaya dönüşünü səhv addım adlandırıb.
İdman.biz xəbər verir ki, norveçli mütəxəssis 2021-ci ildə yanlış seçim etdiklərini deyib.
O, bildirib ki, köməkçisinin qərara reaksiyası fərqli olub: "Ola bilər ki, bu, hamımız üçün səhv seçim idi. Həmin vaxt düzgün addım atdığımızı düşünürdük. Köməkçim Kiran Makkenə bunu deyəndə onun ilk sözü belə oldu: "Necə müdafiə olunacağıq?"
Qeyd edək ki, portuqaliyalı ulduz 2021-ci ilin yayında "Yuventus"dan "Mançester Yuneyted"ə keçib. O, 2022-ci ilin noyabrına kimi komandada çıxış edib və 54 oyunda 27 qolla yadda qalıb.
İdman.biz