Qazaxıstan yığmasının baş məşqçisi Stanislav Çerçesovla yerli mətbuat arasında növbəti qalmaqal baş verib.
İdman.biz xəbər verir ki, hadisə Millətlər Liqasının növbəti oyunundan əvvəl keçirilmiş mətbuat konfransında yaşanıb.
Çerçesov qazax dilində verilən suala kinayəli şəkildə "sən fransız dilində danışırsan?" cavabı verib. Onun bu davranışı Qazaxıstanda birmənalı qarşılanmayıb. Sosial şəbəkədə tənqid olunan Çerçesov səhvini düzəltmək üçün öz soyadı ilə bağlı nümunə gətirib: "Məndə nədənsə inciyə bilərəm. Hər şey qaydasındadır, elə deyilmi? Mən Salamoviçəm. Rus dilində Privetoviç...".
Qeyd edək ki, Qazaxıstan yığması Millətlər Liqasında 4 oyundan sonra 1 xal toplayıb.
İdman.biz