Braziliya yığmasının keçmiş üzvü Adriano onu tənqid edənlərə cavab verib.
İdman.biz xəbər verir ki, o, hazırki həyatından tam razı qaldığını deyib.
Veteran hücumçu Vila-Kuzeyroda sakit həyat sürdüyünü bildirib: "İtaliyanı tərk edəndə buraya gəldim. Burada heç kim məni satmayacaq. Sakit yaşayıb, normal adam olmaq istəyirdim. Burada ayaqyalın, köynəksiz, şortda gəzirəm. Domino oynayır, tində oturur, musiqi dinləyir, dostlarımla rəqs edir və döşəmədə yatıram. Bir sözlə uşaqlığımı xatırlayıram. Atamın ruhunu hər yerdə hiss edirəm. Hətta buraya qadınlar da gətirmirəm. Sadəcə sakit yaşamaq istəyirəm, burada mənə hörmət edirlər. Bura mənim tariximdir".
Qeyd edək ki, Adriano bir neçə dəfə alkoqolun təsiri altında görüntülənib. Futbolçu düşdüyü vəziyyətə görə ciddi tənqid olunub.
İdman.biz