Gələn il keçiriləcək FİFA klublararası dünya çempionatının kuboku nümayiş etdirilib.
İdman.biz xəbər verir ki, kubok məşhur zərgərlik şirkəti "Tiffany & Co." tərəfindən hazırlanıb.
ABŞ-ın evsahibliyi edəcəyi turnir yeni formatda keçiriləcək. 32 komandanın 8 qrupda yer alacağı çempionat iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək.
Qeyd edək ki, mundialın püşkatması dekabrın 5-də təşkil olunacaq.
İdman.biz