Qvardioladan bir mövsümlük "hə"

Xəbərlər
16 Noyabr 2024 19:13
116
Qvardioladan bir mövsümlük "hə"

Xosep Qvardiola və "Mançester Siti" yeni müqavilənin detallarını müzakirə ediblər.

İdman.biz xəbər verir ki, tərəflər arasında 1 illik razılaşma əldə olunub.

İspaniyalı mütəxəssis 2025-ci ilin yayında bitəcək müqavilənin daha bir mövsüm uzadılmasına müsbət cavab verib. Qarşıdakı günlərdə Mançester klubunun bununla bağlı rəsmi açıqlama yayması gözlənilir.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən komandaya rəhbərlik edir. "Mançester Siti" 53 yaşlı mütəxəsisin rəhbərliyi ilə 6 dəfə İngiltərə çempionu olub.

İdman.biz