"Ayaks"dan keçmişə hörmət

Xəbərlər
17 Noyabr 2024 17:09
105
"Ayaks"dan keçmişə hörmət

"Ayaks" növbəti mövsümdən klub emblemindəki loqonu dəyişəcək.

İdman.biz xəbər verir ki, bu barədə Amsterdam təmsilçisindən məlumat verilib.

Komanda 1928-1990-cı illərdə istifadə olunmuş loqoya müraciət edib. Klub 125 illik yubiley münasibətilə bu addımı atıb.

Qeyd edək ki, "Ayaks"ın əsası 1900-cu il martın 18-də qoyulub

İdman.biz