"Barselona" heyətini Malidəki "Academie Africa Foot"un iki futbolçusu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, kataloniya klubu İbrahim Diarra (18 yaş) və Aruna Traore (17 yaş) ilə müqavilə bağlayıb.
Hər iki oyunçu yanvarın 1-dən "Barselona Atletik"in heyətində çıxış etməyə başlayacaq.
Qeyd edək ki, Diarra yarımmüdafiənin mərkəz və sağ cinahında, Traore isə sol və mərkəz hücumçusu mövqelərində oynayır.
İdman.biz