"Mançester Siti"nin hücumçusu Erlinq Haland İsveçrədə həbs oluna bilər.
İdman.biz xəbər verir ki, norveçli futbolçunu 1 günlük cəza gözləyir.
Haland oktyabrın 25-də İsveçrənin qərbindəki Vo kantonunda yol hərəkəti qaydalarını pozub. Erling 60 frank cərimə ödəməlidir. Əks halda onu növbəti dəfə ölkəyə daxil olduğu təqdirdə həbs təhlükəsi gözləyir.
Qeyd edək ki, Halandın atası Alf-İnqe 2023-cü ildən İsveçrədə yaşayır.
İdman.biz