İtaliya A Seriyasında 4 oyuna yekun vurulub.
İdman.biz xəbər verir ki, günün mərkəzi oyununda "Napoli" "Roma" ilə qarşılaşıb.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Romelu Lukaku 53-cü dəqiqədə görüşün taleyini həll edən qolun müəllifi olub. Qələbə "Napoli"ni yenidən lider mövqeyinə yüksəldib. Antonio Kontenin komandası 29 xal toplayıb. "Atalanta", "İnter" və "Fiorentina"nın hesabında 28 xal var.
İtaliya A Seriyası
13-cü tur
"Torino" - "Montsa" - 1:1
"Cenoa" - "Kalyari" - 2:2
"Komo" - "Fiorentina" - 0:2
"Napoli" - "Roma" - 1:0
İdman.biz