Avropa Liqasının “Vilyarreal” – “Makkabi” (Hayfa) matçının təxirə salınması gözlənilir.
İdman.biz saytı xəbər verir ki, bununla bağlı İsrail təmsilçisi UEFA-ya müraciət edib.
İsrail-Fələstin münaqişəsi idmandan da yan keçməyib. Hayfa klubunun rəhbərliyi ölkədə baş verənləri əsas gətirərək, oyunun keçirilməsinin qeyr-mümkün olduğunu bildirib. Müraciətdə hazırki vəziyyətdə idmanın ikinci planda olduğu qeyd edilib və UEFA-nın çətin anda düzgün qərar çıxaracağına əminlik vurğulanıb.
Qeyd edək ki, baş verən hadisələrdən sonra İsrail yığmasının AVRO-2024-ün seçmə mərhələsindəki oyunları da təxirə salınıb.
İdman.biz