Artıq üç il yarımdır Zinəddin Zidan məşqçi işinə fasilə verib. Əfsanəvi fransız bir müddət əvvəl müsahibəsində hansısa komandaya rəhbərlik etməyə hazır olduğunu vurğulamışdı.
İdman.biz Fichajes-ə istinadən xəbər verir ki, hazırda PSJ Zidanı baş məşqçisi vəzifəsinə nəzərdən keçirir.
Liqa 1-in lideri Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməsə, Luis Enrikeni istefaya göndərməyi düşünə bilər. "Pari Sen-Jermen" hazırda qitənin əsas klub turnirində 25-ci yerdədir. Beş tur ərzində Luis Enrikenin yetirmələri cəmi dörd xal toplaya biliblər.
İdman.biz