Almaniya Bundesliqasında 12-ci tur bir oyunla start götürüb.
İdman.biz xəbər verir ki, "Sankt Pauli" öz meydanında "Holştayn"la qarşılaşıb.
Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Onlar 3:1 hesabı ilə qalib gəliblər. 45-ci dəqiqədə penaltidən istifadə edə bilməyən qonaqlar son dəqiqələrdə buraxılan qollardan yalnız birinin əvəzini çıxıblar.
Bu qələbədən sonra "Sankt Pauli" 11 xalla 15-ci, "Holştayn" isə 5 xalla 17-ci pillədə qərarlaşıb.
Almaniya Bundesliqası
12-ci tur
"Sankt Pauli" - "Holştayn" - 3:1
İdman.biz