"Mançester Yunayted"in qapıçısı Andre Onana və məhşur boksçu Frensis Nqannu etdikləri zarafatla gündəmə düşüblər.
İdman.biz xəbər verir ki, bu, Avropa Liqasının 5-ci turu çərçivəsində "Bodo Qlimt"lə (3:2) oyundan sonra baş verib.
Nigeriyalı qolkiper bu dəfə özünü boksda sınamaq qərarına gəlib. Amma o kamerunlu Nqannu ilə "bacarmayıb".
Qeyd edək ki, Frensis karyerası ərzində 21 görüş keçirib və bunların 18-də qələbə qazanıb. Nqannun son döyüşü ötən ilin dekabrında Entoni Coşua ilə olub və 2-ci raundda uduzub.
İdman.biz