Almaniya Bundesliqasında 12-ci tur daha 6 oyunu keçirilib.
İdman.biz xəbər verir ki, "Bavariya" Dortmunda səfər edib.
Mövsümün favoritləri arasında oyun heç-heçə yekunlaşıb. "Borussiya" öz meydanında ilk dəfə xal itirib. 27-ci dəqiqədə hesabı açan dortmundlular üstünlüyü 85-ci dəqiqədə əldən veriblər. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Leypsiq" öz meydanında böyük hesabla uduzub. Komanda "Volfsburq"a 1:5 hesabı ilə uduzub.
Almaniya Bundesliqası
12-ci tur
"Ausqburq" - "Bohum" - 1:0
"Frayburq" - "Borussiya" M - 3:1
"Leypsiq" - "Volfsburq" - 1:5
"Union Berlin" - "Bayer" - 1:2
"Verder" - "Ştutqart" - 2:2
"Borussiya" D - "Bavariya" - 1:1
İdman.biz