"Real" Karlo Ançelottini istefaya göndərməyi planlaşdırmır.
İdman.biz xəbər verir ki, bu barədə "Marka" nəşri məlumat yayıb.
Məlumatda Madrid klubunun prezidenti Florentino Peresin italiyalı mütəxəssisə etibar etdiyi bildirilib. Çempionlar Liqasında uğursuz nəticələrdən sonra Ançelottinin istefaya göndərilməsi xəbərləri yayılıb.
Qeyd edək ki, "Real" Çempionlar Liqasında keçirdiyi 5 oyunun üçündə uduzub. Komanda İspaniya La Liqasında 13 oyunda 30 xal toplayıb.
İdman.biz