"Napoli" braziliyalı müdafiəçi ilə maraqlanır

Xəbərlər
1 Dekabr 2024 15:46
93
"Napoli" braziliyalı müdafiəçi ilə maraqlanır

"Napoli" braziliyalı müdafiəçi Danilo ilə maraqlanır.

İdman.biz xəbər verir ki, neapollular 33 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətə cəlb etmək istəyirlər.

"Yuventus"da çıxış edən Danilo əsas heyətdəki yerini itirib. O, "Mançester Yunayted"in hədəfinə düşüb.

Qeyd edək ki, braziliyalının Turin klubu ilə müqaviləsi gələn ilin yayında bitəcək. Danilo bu mövsümdə 12 oyunda meydana çıxıb.

İdman.biz