Enrike-Dembele münaqişəsində növbəti mərhələ

Xəbərlər
1 Dekabr 2024 17:25
184
Enrike-Dembele münaqişəsində növbəti mərhələ

PSJ-nin baş məşqçisi Luis Enrike ilə Osman Dembelenin münasibətləri qaydasına düşmür.

İdman.biz xəbər verir ki, "L’Équipe" bu barədə məlumat yayıb.

Çempionlar Liqasında "Bavariya" (0:1) ilə oyunda qırmızı vərəqə alan Dembelenin adı dünən "Nant"la oyunun start heyətinə daxil edilməyib. İspaniyalı mütəxəssis futbolçunun intizamından narazıdır.

Qeyd edək ki, 1 ay əvvəl baş məşqçinin tapşırıqlarını yerinə yetirmədiyinə görə Osman "Arsenal"la matçın heyətindən kənarda qalmışdı.

İdman.biz