İspaniyanın "Valyadolid" klubunun azarkeşləri prezident Ronaldodan narazıdır.
İdman.biz xəbər verir ki, onlar "Atletiko" ilə oyunda braziliyalı keçmiş futbolçunu istefaya çağırıblar.
"Valyadolid" 15-ci turda öz meydanında "Atletiko"ya 0:5 hesabı ilə uduzub. Bütün qollar oyunun 1-ci hissəsində vurulub. Üçüncü qoldan sonra stadionu tərk edənlər etirazı şəhər küçələrində davam etdiriblər. Onlar "Ronaldo evinə get" pankartı açıblar.
Qeyd edək ki, "Valyadolid" 9 xalla 15-ci pillədə qərarlaşıb.
İdman.biz