Türkiyə Superliqasının 14-cü turunda lider xal itkisi yaşayıb.
İdman.biz xəbər verir ki, "Qalatasaray" öz meydanında "Eyüpspor"la qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Okan Burukun komandası çempionatda 5 oyundan sonra xal itkisi yaşayıb. Hesabında 35 xal olan "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayır. Sabah "Qazinatep"lə üz-üzə gələcək "Fənər" fərqi azaltmaq üçün yaxşı şans qazanıb.
Türkiyə Superliqası
14-cü tur
"Rizəspor" - "Kayserispor" - 3:0
"Qalatasaray" - "Eyüpspor" - 2:2
İdman.biz