"Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Turan Tovuz"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis Azərbaycan Kubokunun 1/8 final mərhələsində əldə olunan nəticəni şərh edib: "Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq. Qapıçılarımız hazır idilər, oyunçularımız yox. Penaltilər seriyası lotereyadır. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir. Sofian həqiqətən də çox fərqli şəxsiyyətdir. Bəzən onun davranışlarını heç kim başa düşmür. Amma mən belə insanları çox sevirəm. Burada qeyri-adi bir şey görmürəm".
Qeyd edək ki, "Sabah" penalti seriyasında "Turan Tovuz"u məğlub edib.
İdman.biz