Noyerin ilk qırmızı vərəqəsi - 38 yaşında - VİDEO

Xəbərlər
4 Dekabr 2024 00:41
62
Noyerin ilk qırmızı vərəqəsi - 38 yaşında - VİDEO

"Bavariya"nın qapıçısı Manuel Noyer karyerasında ilk dəfə qırmızı vərəqə alıb.

İdman.biz xəbər verir ki, o, Almaniya kubokunun 1/8 finalında "Bayer"lə matçda komandasını azlıqda qoyub.

38 yaşlı qolkiper matçın 17-ci dəqiqədə cərimə meydançasından kənarda Jeremi Frimponqa qarşı kobud oyuna görə cəzlandırılıb. Hazırda davam edən görüşdə birinci hissədən sonra hesab açılmayıb.

Qeyd edək ki, Manuel 2011-ci ildən "Bavariyada çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 539 oyunun 255-də qapısını toxunulmaz saxlayıb.

İdman.biz