Lider xal itirib, çempion uğursuz seriyaya son qoyub - VİDEO

Xəbərlər
5 Dekabr 2024 01:32
122
Lider xal itirib, çempion uğursuz seriyaya son qoyub - VİDEO

İngiltərə Premyer Liqasının 14-cü turu məhsuldarlıqla yadda qalıb.

İdman.biz xəbər verir ki, 6 qolun vurulduğu matçda "Liverpul" xal itirib.

Lider səfərdə "Nyukasl"la bacarmayıb. Hesabda geri düşən "qırmızılar" sona yaxın önə keçiblər. Amma 90-cı dəqiqədə Şar "Livepul"u məyus edərək, komandanın 9 matçlıq qələbə seriyasına son qoyub.

"Mançester Siti" bütün turnirlərdə 7 oyundan sonra qələbə qazanıb. "Şəhərlilər" öz meydanında "Nottingem"in qapısından 3 cavabsız top keçiriblər. "Çelsi" isə səfərdə "Soutgempton"a 5:1 hesabı ilə qalib gəlib.

"Arsenal" "Mançester Yunayted"dən güclü olub. "Topçular" "qırmızı şeytanlar"ı 2:0 hesabı ilə məğlub ediblər.

Turnir cədvəlinə 35 xalla "Liverpul" başçılıq edir. "Çelsi" və "Arsenal" 7, "Mançester Siti" 7 xal geri qalır.

İngiltərə Premyer Liqası
14-cü tur

"Everton" - "Vulverhempton" - 4:0

"Mançester Siti" - "Nottingem" - 3:0

"Nyukasl" - "Liverpul" - 3:3

"Soutgempton" - "Çelsi" - 1:5

"Arsenal" - "Mançester Yunayted" - 2:0

"Aston Villa" - "Brentford" - 3:1

İdman.biz

Məqalədə: