"Atletik"in qapıçısı Xulen Aqirresabala Killian Mbappenin penaltini necə dəf etməsinə aydınlıq gətirib.
İdman.biz xəbər verir ki, o, "Real"ın hücumçusunun hansı istiqamətə vuracağını əvvəlcədən müəyyənləşdirdiyini deyib.
Aqirresabala Mbappenin "Liverpul"la oyundakı 11 metrlik cərimə zərbəsini vurğulayıb: "Mbappenin hara vuracağını bilirdim. "Enfild"də onun hara vurduğunu görmüşdüm və həmin istiqamətə tullanmaq qərarına gəldim".
Qeyd edək ki, "Real" forvardı 1 həftə ərzində iki dəfə penalti qaçırıb. Mbappe əvvəlcə Çempionlar Liqasında "Liverpul", sonra İspaniya çempionatında "Atletik"lə görüşlərdə "ağ nöqtə"dən qapını dəqiq nişan ala bilməyib.
İdman.biz