Mourinyodan Qvardiolaya cavab: "Təmiz qazanmışam"

Xəbərlər
6 Dekabr 2024 18:46
115
Mourinyodan Qvardiolaya cavab: "Təmiz qazanmışam"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərədəki karyerasını Joze Mourinyo ilə müqayisə edib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis 6 dəfə İngiltərə çempionu titulunu qazandığını deyib.

Qvadiola Mourinyonun hesabında cəmi 3 çempionluğu olduğunu önə çəkib. Hazırda "Fənərbaxça"da fəaliyyət göstərən portuqaliyalı mütəxəssisin ona cavabı özünü çox gözlətməyib: "O, APL-də 6 titul qazanıb, mən isə 3, amma bunları təmiz qazanmışam. 150 araşdırması gedən qələbəni istəmirəm".

Qeyd edək ki, "Mançester Siti" haqqında 2009-2018-ci illərdə maliyyə qaydalarını pozduğuna görə 150-dən çox araşdırma açılıb.

İdman.biz