Dünya çempionu 100 milyon avro qazanacaq

Xəbərlər
6 Dekabr 2024 22:55
137
Dünya çempionu 100 milyon avro qazanacaq

FIFA klublararası dünya çempionatının qalibinin qazanacağı mükafatın məbləği bəlli olub.

İdman.biz xəbər verir ki, çempionun 100 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilib.

2025-ci ildə keçiriləcək mundialın ən güclüsü Çempionlar Liqasının qalibinin qazanacağı məbləğə yaxın qazanca sahib olacaq.

UEFA-nın turnirində çempion 111 milyon avro gəli əldə etməyə qadirdir.

Qeyd edək ki, turnir 2025-ci ildə iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

İdman.biz