"Vest Hem"in hücumçusu ağır qəza keçirib

Xəbərlər
7 Dekabr 2024 22:09
149
"Vest Hem"in hücumçusu ağır qəza keçirib

İngiltərə Premyer Liqasının təmsilçisi "Vest Hem"in hücumçusu Maykl Antonio ağır qəza keçirib.

İdman.biz xəbər verir ki, onun idarə etdiyi "Ferrari" bir evin divarına çırpılıb.

London klubu hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada hadisə təsdiqlənib və Antonioya dəstək verilib. Məlumatlarda 34 yaşlı hücumçunun helikopterlə xəsətəxanaya çatdırıldığı bildirilib.

Qeyd edək ki, Antonio 2015-ci ildən "Vest Hem"də çıxış edir.

İdman.biz