Mançester klublarının uğursuz günü - VİDEO

Xəbərlər
7 Dekabr 2024 23:26
113
Mançester klublarının uğursuz günü - VİDEO

İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

İdman.biz xəbər verir ki, "Mançester Siti" yenə xal itirib.

Son çempion 4 məğlubiyyətdən sonra ötən turda qələbə qazansa da, bu dəfə "Kristal Pelas"la bacarmayıb. 4 qolun vurulduğu qarşılaşma 2:2 hesabl ilə yekunlaşıb.

Mançesterin digər təmsilçisi isə turu xalsız başa vurub. "Yunayted" Ruben Amorimin rəhbərliyi ilə ardıcıl ikinci oyunda uduzub. "Qırmızı şeytanlar" bu dəfə "Nottingem Forest"ə uduzublar.

"Brentford" "Nyukasl"a 4:2 hesabı ilə qalib gəlib.

İngiltərə Premyer Liqası
15-ci tur

"Aston Villa" - "Soutgempton" - 1:0
"Brentford" - "Nyukasl" - 4:2
"Mançester Yunayted" - "Nottingem Forest" - 2:3
"Kristal Pelas" - "Mançester Siti" - 2:2

İdman.biz