"Bavariya" Frants Bekkenbaurin xatirəsinə xüsusi qərar verib.
İdman.biz xəbər verir ki, bundan sonra 5 nömrəli forma heç bir futbolçuya verilməyəcək.
Uzun illər Münhen klubunda çıxış edən Frants məhz 5 nömrəli formada meydana çıxıb. Bekkenbauer "Bavariya"nın heyətində 584 oyunda forma geyinib və 75 qol vurub, 75 ötürmə edib. O, "pivəçilər"in heyətində 4 dəfə Bundesliqanın, 3 dəfə Avropa kubokunun (indiki Çempionlar Liqası) qalibi olub. İki dəfə "Qızıl top" mükafatına layiq görülüb.
Qeyd edək ki, Bekkenbauer bu ilin yanvarın 7-də uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
İdman.biz