Kloppu təhqir edən ədalət təmsilçisi hakimlikdən uzaqlaşdırılıb

Xəbərlər
9 Dekabr 2024 22:26
123
Kloppu təhqir edən ədalət təmsilçisi hakimlikdən uzaqlaşdırılıb

İngiltərə Peşəkar Hakimlər Assosiasiyası (PGMOL) Devid Kutu hakimlikdən uzaqlaşdırılıb.

İdman.biz xəbər verir ki, buna səbəb ədalət təmsilçisinin "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etməsi olub.

PGMOL-un açıqlamasında görə aparılan araşdırmalardan sonra Kutun əmək fəaliyyəti qaydalarına ciddi zərbə vurduğu bildirilib. Onun almaniyalı mütəxəssis haqqında dediklərinin qəbuledilməz olduğu vurğulanıb.

Qeyd edək ki, 42 yaşlı hakim dostları ilə əylənərkən sosial şəbəkədə yaydığı videoda Kloppu axmaq adlandırmışdı.

İdman.biz