PSJ-nin futbolçusu Lukas Ernandesin evi qarətçilərin hücumuna məruz qalıb.
İdman.biz xəbər verir ki, bu zaman onun həyat yoldaşı İvelina evdə olub.
5 nəfər oğru Fransa yığmasının müdafiəçisini evini qarət etməyə çalışıb. Evin təhlükəsizliyi ilə məşğul olan şirkətin işçilərindən biri qarətçiləri görüb və silahdan atəş açıb. Hadisə yerindən qaçan oğrular axtarışa verilib.
Qeyd edək ki, hadisə zamanı Ernandes Çempionlar Liqasında "Zalsburq"la oyun üçün Avstriyaya yollanıb.
İdman.biz