Salah 50-yə çatıb - ÇL-də

Xəbərlər
10 Dekabr 2024 23:49
137
Salah 50-yə çatıb - ÇL-də

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında 50-ci qolunu vurub.

İdman.biz xəbər verir ki, misirli futbolçu "Jirona" ilə oyunda yeganə topun müəllifi olub.

Ən sərrast futbolçular siyahısında italiyalı futbolçu Filippo İnzagiyə çatan Salah "ilk onluğ"a daxil olub. 32 yaşlı forvard bu qollardan 44-nü "Liverpul"un, 5-ni "Bazel"in, 1-ni isə "Roma"nın heyətində vurub.

Salahı 9-cu yerdə qərarlaşan Tyerri Anridən (51 qol) bir, 8-ci Tomas Müllerdən (54) dörd top ayırır.

Qeyd edək ki, "Liverpul" bu mövsüm Çempionlar Liqasında keçirdiyi 6-cı oyunu da qələbə ilə başa vurub.

Çempionlar Liqasının bombardirləri (təsnifat mərhələsi nəzərə alınmaqla):
141: Kriştianu Ronaldo ("Mançester Yunayted", "Real", "Yuventus")
129: Lionel Messi ("Barselona", PSJ)
101: Robert Levandovski ("Borussiya" D, "Bavariya", "Barselona)
90: Karim Benzema ("Lion", "Real")
71: Raul Qonsales ("Real", "Şalke")
60: Ruud van Nistelrooy (PSV, "Mançester Yunayted", "Real")
59: Andrey Şevçenko ("Dinamo" K, "Milan", "Çelsi")
54: Tomas Müller ("Bavariya")
51: Tyerri Anri ("Monako", "Arsenal", "Barselona")
50: Filippo İnzagi ("Yuventus", "Milan")
50: Mohammed Salah ("Liverpul", "Roma", "Bazel")

İdman.biz